Türkiyənin Bursa şəhərində yaşanan hadisə eşidənləri təəccübləndirib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarlada çalışan 70 yaşlı Fatma Çol adlı qadın nahardan sonra dincəlmək üçün yol kənarında yuxuya gedib.
Yoldan keçən tikinti maşınının tarlaya tərəf manevr etməsindən sonra maşının altında qalan Fatma Çol hadisə yerində dünyasını dəyişib.








