RU
Şəhadətnaməsi olmadığı iddia edilən plastik cərrahın fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib
15:30
21

Şəhadətnaməsi olmadığı iddia edilən plastik cərrahın fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirilib

Plastik cərrah Seymur Məmmədov Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi”ndə olan məlumata əsasən "ümumi cərrahiyyə” ixtisası üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malikdir.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səlahiyyətindən kənar fəaliyyət ilə məşğul olması faktı ilə əlaqədar 25 dekabr 2025-ci il tarixində Analitik Ekspertiza Mərkəzi tərəfindən Seymur Məmmədov barəsində müvafiq tədbir görülərək, baxılması üçün növbəti İcraata göndərilib.

Qeyd edək ki, sosial şəbəkədə Seymur Məmmədovun əməliyyat prosesi ilə bağlı görüntülər yayılıb. Onun sertifikasiya şəhadətnaməsinin olmadığı halda bir neçə uğursuz əməliyyatdan sonra fəaliyyətini davam etdirməsi iddiası müzakirələrə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ