RU
17:50
559

"Tatu və pirsinqdən istifadə hepatit xəstələrinin sayını artırıb"

"Son illər tatu və pirsinqdən istifadə edən insanların sayı artıb. Bu da B viruslu hepatit xəstələrinin sayının artmasına öz təsirini göstərir".

7news.Az  "report"a istinadla xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

 

O bildirib ki, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.

H.Qədirova qeyd edib ki, hepatit A xronik hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronik hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Bu virusdan əziyyət çəkən 5-15 faiz insanlarda xərçəng yaranır".

"B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, bu ömürlük insan orqanizmində qalır. Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçib. İlk olaraq sanitar-gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən insanların sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfdən cinsi yolla yoluxmamaq üçün diqqətli olmaq lazımdır"- deyə mütəxəssis əlavə edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ