Bu gün səhər saatlarında "taxıl dəhlizi” çərçivəsində Ukrayna limanlarından daha 3 gəmi yola düşüb.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
"Taxılın daşınması plan üzrə davam etdirilir. Bu gün səhər taxıl yüklənmiş daha 3 gəmi Ukrayna limanlarını tərk edib”, - deyə məlumatda qeyd olunub.








