Tayland hökuməti noyabrın 1-dən ölkəyə gələcək 10 ölkə vətəndaşları üçün karantinə alınmanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
Bunu Taylandın Baş nazir Prayut Çan-Oça televiziya ilə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bununla bağlı artıq Krallığın Səhiyyə Nazirliyinə və Koronavirus Mərkəzinə tapşırıq verilib: "Söhbət infeksiyanın yayılma səviyyəsi aşağı olan ölkələrdən gedir. Qərar Böyük Britaniya, Almaniya, Sinqapur, Çin və ABŞ da daxil olmaqla 10 dövlətin tam peyvənd olunmuş vətəndaşlarına aiddir”.
7NEWS.Az








