RU
Taylandda yük qatarına bombalı hücum baş verib
16:22
243

Taylandda yük qatarına bombalı hücum baş verib


Tailanddan Malayziyaya plastik daşıyan yük qatarına bombalı hücum təşkil edilib.

7NEWS.az xəbər verir ki, Taylandda Malayziyaya plastik daşıyan 15 vaqonlu yük qatarı Sonqkla əyalətindən keçərkən bombalanıb. Güclü partlayış nəticəsində 15 vaqondan ibarət qatarın 11 yük vaqonu relsdən çıxaraq yolun kənarına düşüb. 2-si mexanik olmaqla 4 nəfərlik heyətin olduğu qatarın lokomotiv hissəsi relslərdə qalarkən, hücumda xəsarət alan və ölən olmayıb.

Bölgə polis rəisi Bantern Laochareng hücumdan sonra verdiyi açıqlamada hücumun 26 kiloqramlıq əldəqayırma bomba ilə edildiyini, şiddətli partlayışdan sonra isə bombanın yerləşdirildiyi relslərin altında 2 metrlik çuxurun əmələ gəldiyini bildirib. Laocharenq həmçinin hücumda terror və ya oğurluq şübhələrinin olduğunu bildirib.

Hücumun baş verdiyi Hatyai (Tayland)-Padanq Besar (Malayziya) qatar xətti nəqliyyata bağlanarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ