7NEWS.az xəbər verir ki, Uzaq Şərq ölkəsi Tayvan ilin ən isti günlərini yaşayır. Tayvanın Meteorologiya Bürosu (CWB) 17 əyalət və şəhərdə temperaturun 38 dərəcədən yuxarı qalxması ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. CWB, Taoyuan şəhərinin şimalındakı ərazilərdə temperaturun 40 dərəcəyə çatacağının gözləndiyini açıqladı. Tayvan Səhiyyə Nazirliyindən verilən açıqlamada, son bir həftədə 160 nəfərin isti hava ilə əlaqədar xəstəliklərə görə xəstəxanaya yerləşdirildiyi bildirilib. Rəsmilər xəstələnənlərin sayının 2019-cu ildən bəri ilk dəfə bu qədər artdığını bildiriblər.
7NEWS.az








