7NEWS.az xəbər verir ki, bu gün Tayvanda quruya çıxan "Konq-rey" qasırğası nəticəsində 56 yaşlı qadın yıxılan ağacın altında qalaraq həyatını itirib. Tayvan rəsmiləri adada ən azı 73 nəfərin yaralandığını bildirib. Ölkənin şərq sahillərindəki rayonlar üçün "güclü leysan” yağış xəbərdarlığı edilib.








