RU
Tbilisi prospektində hərəkət məhdudlaşdırılır
11:38
526

Tbilisi prospektində hərəkət məhdudlaşdırılır

Rənglənmə ilə əlaqədar olaraq iki mühim ərazidə hərəkət qismən məhdudlaşdırılır. 

7news.Az xəbər verir ki, bununla bağlı AAYDA və BNA birgə məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 11:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində ("Xırdalan” və "VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

Bundan başqa, Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (Şamaxinka deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. 

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ