RU
Təcili!!! BAKININ MƏRKƏZİNDƏ ERMƏNİLƏR RESTORAN ACDI - Tarixçilər ÜSÜAN etdi
10:10
1395

Təcili!!! BAKININ MƏRKƏZİNDƏ ERMƏNİLƏR RESTORAN ACDI - Tarixçilər ÜSÜAN etdi

"Sahil bağı" tərəfdə fəaliyyət göstərən "26” adlı restoranın köhnə "26-lar”a işarə verdiyi iddia olunur.

Bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib:

"İndiki "Sahil bağı", vaxtilə "26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə "26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə?

Bir neçə il qabaq həmin bağdan onların cəsədləri çıxarılıb. Demək, həmin "26-lar”ın nəvə və nəticələri Azərbaycanda yaşayır. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz…”

Həmçinin tarixçi Dilavər Əzimli də məsələyə biganə qalmayıb. O, həmin məkanın fotosunu paylaşaraq, hüquq-mühafizə orqanlarından açıqlama tələb edib:

"Sahil bağı" tərəfdə "26” adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bura Ermənistandırmı? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən "26-lar”a Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da "26-lar” restoranı açılır. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram…”/teleqraf
 
 
 
7news.Az
Təcili!!! BAKININ MƏRKƏZİNDƏ ERMƏNİLƏR RESTORAN ACDI - Tarixçilər ÜSÜAN etdiTəcili!!! BAKININ MƏRKƏZİNDƏ ERMƏNİLƏR RESTORAN ACDI - Tarixçilər ÜSÜAN etdi

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ