RU
TƏCİLİ! Ermənilər Ağdamın 3 kəndini BOMBALADI: Əhali...
11:00
1678

TƏCİLİ! Ermənilər Ağdamın 3 kəndini BOMBALADI: Əhali...

Mayın 16-da axşam saatlarında erməni silahlı birləşmələri Ağdam rayonunun 3 kəndini atəşə tutublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında bildirib ki, günün ikinci yarısından başlayaraq erməni hərbi birləşmələri işğal altındakı ərazilərdən rayonun Aşağı Qərvənd, Əhmədağalı və Təzəkənd kəndlərinin əkin sahələrini minaatanlardan atəşə tutublar.

Hadisə nəticəsində ev və obyektlərə ziyan dəyməsə də, kəndlərə gedən elektrik xətti qırılıb:

"Hadisə nəticəsində Təzəkənd kəndinə gedən 10 min voltluq elektrik xətti qırılmışdı. Gecə saatlarında xətt bərpa edildi və kənd elektrik enerjisilə təmin olundu".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
 
7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ