ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz seçki kampaniyasını dayandırıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, senator belə bir qərarı İndiana ştatındakı ilkin seçkilərdə məğlubiyyətindən sonra qəbul edib.
“Mən demişdim ki, qələbə əldə etmək şansım olduğu müddətcə yarışı davam etdirəcəyəm. Bu gecə etiraf edirəm ki, bu imkan istisna oldu”- deyə Ted Kruz İndiana ştatında məğlubiyyətindən sonra tərəfdarları qarşısında çıxışında deyib.
Tramp Ted Kruzun prezidentlik mübarizəsindən çəkilməsini cəsur addım adlandırıb.
Qeyd edək ki, milyarder bu gün İndianadakı ilkin seçkilərdə 53,3 faizlə ən çox səs qazanıb. Belə olan halda Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olur.








