RU
Tehranda atışma olub, polis zabiti öldürülüb
12:50
210

Tehranda atışma olub, polis zabiti öldürülüb

İranın paytaxtı Tehranda evə oğurluğa girən şəxslərlə atışmada polis zabiti Əmir Keyvanlu həlak olub.

Məlumatı IRNA yayıb.

Bildirilib ki, Tehranın Sepah meydanında yerləşən evlərdən birinə naməlum şəxslərin soxulduğuna dair polisə məlumat daxil olub. İki polis əməkdaşı motosikletlə hadisə yerinə yollanıb. Asayiş keşikçiləri ilə onlar arasında atışma olub. Polis zabiti atışma nəticəsində öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ