RU
Tehrandakı erməni kilsəsinin başçısı: “İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək”
16:50
689

Tehrandakı erməni kilsəsinin başçısı: “İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək”

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir.

 

7News.Az report-a istinadən xəbər verir ki, bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan bildirib.

Onun sözləinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.

 

Arxiyepiskop vurğulayıb ki, əgər sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək: "İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək".

Qeyd edək ki, N.Paşinyan bu ilin noyabrın 1-də parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə toxunub. O deyib ki, yaranmış vəziyyətə görə Ermənstan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ