RU
Tələbə qəbulu üçün ayrılan yerlərin sayı açıqlanıb
13:36
473

Tələbə qəbulu üçün ayrılan yerlərin sayı açıqlanıb

2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb.

7news.Az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.

Dövlət sifarişli yerlərin sayının 1,3% artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ