Gənclər və idman Nazirliyi tərəfindən Azərbaycan Milli elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 10 iyul 2018-ci il tarixdən etibarən Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib.
20 İyul tarixinədək davam edəcək arxeoloji düşərgə 2012-ci-ildən etibarən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə gənclər və idman nazirliyi tərəfindən gerçəkləşdirilir.
Düşərgələrin keçirilməsində məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir.
Hər il olduğu kimi, bu il də düşərgədə müxtəlif ali təhsil müəssisəsindən olan tələbələr iştirak edəcəkdir.
Düşərgrdə iştirak
etmiş gənclərə Gənclər və İdman nazirliyi tərəfindən sertifikatlar təqdim
ediləcəkdir.
Qeyd edək ki, düşərgələr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə
Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq
bəndini (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki
bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək),"Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinin (Yay tətili müddətində ali və orta ixtisas
təhsili müəsissələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas
qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.








