RU
Tələbəsi ilə sevgili olan müəllim arvadını və 16 yaşlı qızını öldürdü - TƏFƏRRÜAT - FOTO
13:29
326

Tələbəsi ilə sevgili olan müəllim arvadını və 16 yaşlı qızını öldürdü - TƏFƏRRÜAT - FOTO

Honq Konqda arvadını və 16 yaşlı qızını yoqa topuna doldurduğu karbonmonoksit qazıyla zəhərləyərək öldürməkdə təqsirləndirilən anestezioloqa hökm oxunub.

7News.Az xəbər verir ki, malaziyalı həkim ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kimin arvadı Wong Siew-fing və qızı Lilynin cəsədləri 2015-ci ildə yol kənarında qapıları kilidli, "Mini Cooper" markalı avtomobildə tapılmışdı. Boşalmış halda tapılan yoqa topunun avtomobilin baqajında gizlədildiyi məlum olmuşdi. 53 yaşlı Khaw Kim-sunun bu topu arvadının maşınına yerləşdirdiyi bildirilirdi.

Prokurorluq "Honq-Konq Çin" Universitetində çalışan Kimin bir tələbəsi ilə sevgili olduğunu və arvadını "aradan çıxartmaq" üçün belə bir plan qurduğunu müəyyənləşdirmişdi.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ