RU
Ötən ay 223 PHS zərərsizləşdirilib - ANAMA
14:20
448

Ötən ay 223 PHS zərərsizləşdirilib - ANAMA

Noyabr ayı ərzində 1 876 649 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

223 ədəd PHS və 3 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 127 nəfər inzibati heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 391 480 601 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 928-dur.

Noyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Tərtər, Gəncə, Lənkəran, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. 2016-cı ilin noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ