RU
Ötən il Azərbaycanda 165 erkən nikah qeydə alınıb
18:30
153

Ötən il Azərbaycanda 165 erkən nikah qeydə alınıb

Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.

7NEWS.Az-ın xəbərinə görə, bu, "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə isə bu rəqəm 2320 olub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ