RU
Ötən il qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 14 421 şəxs cərimələnib
12:10
146

Ötən il qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 14 421 şəxs cərimələnib

2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14 421 şəxs cərimələnib.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ