RU
Təriqət lideri Atatürkə “əclaf” dedi - Ölkə qarışdı
15:04
664

Təriqət lideri Atatürkə “əclaf” dedi - Ölkə qarışdı

Türkiyədə "Nur camaatı” adlanan dini təriqətin liderlərindən biri olan Həsən Akar türk xalqının lideri Mustafa Kamal Atatürkü təhqir edib.

7News.az xəbər verir ki, Həsən Akar "TVNet” telekanalında yayımlanan "Dərin tarix” adlı verilişdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü "1938-ci ildə gəbərən əclaf” adlandırıb. Bu azmış kimi Həsən Akar Mustafa Kamal Atatürkün anasını da təhqir etməkdən çəkinməyib. 

O, Türkiyə Cümhuriyyətinin qurucusunun anasını belə ifadə edib: "Rəsmi qeydlərdə onun anası Lətifə xanım fahişəxanalarda çalışırdı”. 

Yayımlanan bu video Türkiyə ictimaiyyəti arasında böyük əks-səda doğurub və ciddi etirazlara səbəb olub. Bu səbəbdən Türkiyə ictimaiyyəti Həsən Akarı işlətdiyi ifadələrinə görə cəzalandırılmasını tələb edib. Təhqir və ağağılayıcı ifadələri üçün "narahat olmayın, 98-də fakturasını ödədim" deyən Akar Atatürkün "Əli Rza əfəndinin deyil, "Abdus” deyilən bir adamın" oğlu olduğunu müdafiə edib. //Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ