RU
Terror aktı barədə yalan məlumat verdi, həbs olundu
12:00
944

Terror aktı barədə yalan məlumat verdi, həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Şamil Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 24-nə təyin edilib.

Qeyd edək ki, 30 dekabr 2015-ci ildə Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edilərək yalan məlumat verilib. Özünü Samir Süleymanov adı ilə təqdim edən şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Ş.Süleymanov tərəfindən edilməsi müəyyənləşdirilib və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb./virtualaz.org

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ