RU
Terror törətməkdə şübhəli bilinən qadının qaçmasının görüntüləri yayıldı - VİDEO - FOTO
13:10
238

Terror törətməkdə şübhəli bilinən qadının qaçmasının görüntüləri yayıldı - VİDEO - FOTO

Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.

7News.Az Trend-ə istinadən bildirir ki, adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.

Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ