Tərtərdə bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb./apa
7news.Az








