7NEWS.az xəbər verir ki, Elektrikli avtomobil istehsalçısı Tesla-nın ABŞ-ın Texas ştatındakı fabrikində iki il əvvəl baş verən qəzanın robot hücumu nəticəsində baş verdiyi məlum olub. Tesla mühəndisi fabrikdə idarə olunmayan robotun hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, mühəndis və komandası maşınlarda işləmək üçün iki robotu sıradan çıxarıb, lakin üçüncü robotu açıq qoyub. Alüminium avtomobil hissələrini daşımaq üçün nəzərdə tutulan robot metal qolları ilə mühəndisi tutub və bir müddət buraxmayıb.
7NEWS.az








