RU
Təyyarədə seksual qısnamaya məruz qalan qıza kömək edən olmadı
15:00
568

Təyyarədə seksual qısnamaya məruz qalan qıza kömək edən olmadı

Ailəsi ilə ABŞ-ın Kaliforniya ştatına uçan gənc qız təyyarədə 60 yaşlı şəxs tərəfindən seksual qısnamaya məruz qalıb.

 18 yaşlı gənc onu təqib edən yaşlı adamın hərəkətlərini videoya çəkib. Kişinin qollarına və döşlərinə toxunduğunu deyən xanım təyyarə işçilərinə vəziyyəti bildirsə də, ondan səssiz qalması tələb olunub. Bundan sonra o, ətrafdakı insanlara hadisəni danışıb və kömək istəyib. Ancaq digər sərnişinlər də gənc qızın onları narahat etdiyini bildirərək yerinə əyləşməsini tələb ediblər.

Uçuş başa çatdıqdan sonra isə o, videonu "TikTok”da paylaşıb. Nəticədə faktla bağlı istintaq başladılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ