RU
Tibb müəssisələrində işləyən rezidentlərlə əmək müqaviləsinin bağlanması təklif olunur
14:30
225

Tibb müəssisələrində işləyən rezidentlərlə əmək müqaviləsinin bağlanması təklif olunur

Azərbaycanda tibb müəssisələrində işləyən rezidentlərlə əmək müqaviləsinin bağlanması təklif olunur.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün xəstəxanalarda işləyən rezidentlərə verilən 350 manat əslində Prezident təqaüdüdür: "Bu onların təhsil prosesinə dəstək üçün verilir. Halbuki həmin rezidentlərlə xəstəxanalarda işlədiyinə görə əmək müqaviləsi bağlanmalıdır. Əmək Məcəlləsinin tələbinə yğun olaraq, onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu cür işləyən rezidentlər karyera qurmaq xaric proqramlara üz tuturlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ