RU
09:33
242

"Tibbi maska böyük həcmdə istehsal olunarsa qiymətlərə də təsir edəcək"

Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Maska çatışmazlığının qarşısının alınması üçün ölkəmizdə də ötən gündən etibarən maska istehsalına başlanıb. "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib. 
Xarici ölkələrdə maska istehsalının uzun müddətdir olmasına baxmayaraq maska qıtlığına rast gəlinir. Maraqlıdır, görəsən belə olan halda koronavirus pandemiyasının ölkəmizdə sürətlə yayılması ilə apteklərdə yenidən maska qıtlığı yaşanacaqmı?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli 7news.az-a açıqlama verib. O bildirib ki, maska çatışmazlığı məsələsi hələ ki gündəmdədir. Bu yerli istehsalın həcmindən və çatdırılmasından asılı olacaq: "İstehsal olunan maskalar çoxsaylı istifadə üçün nəzərdə tutulmayıb. Bu maskalar maksimum 3 saatdan bir dəyişdirilməlidir. İnsanlar gün ərzində 4-5 belə maska istifadə etməlidir ki, effekti olsun. Həmin maskalar çox istifadə olunarsa, əksinə virus mənbəyinə çevrilə bilər. Maska çatışmazlığının yaşanıb yaşanmaması istehsalın həcmindən asılı olacaq. Bizdə xammal xaricdən alınır. Həmin xammala da bütün dünyada böyük tələbat var. Ola bilər ki, xammalla tədarükdə problemlər yaşansın. Bu problem də nəticədə maska qıtlığına səbəb ola bilər”.
İqtisadçı maska istehsalınının qiymətlərə təsirindən də danışıb: "Böyük həcmdə istehsal olunarsa qiymətlərə də təsir edəcək. Amma bununla bağlı hələlik məlumat yoxdur”.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ