Şri-Lankanın Sampur şəhərinin yaxınlığındakı su anbarında üzən yeniyetməni dostlarının gözü önündə timsah sürüyüb aparıb.
7News.Az xəbər verir ki, bu barədə "MENAFN" İnformasiya Agentliyi məlumat yayıb.
Belə ki, martın 28-də iki dostuyla üzməyə gedən 15 yaşlı oğlan qəfil timsahın hücumuna məruz qalıb. Dostları köməyə yetişə bilməyiblər.
Polis və yerli sakinlərin uzun axtarışlarına baxmayaraq, yeniyetmənin meyiti tapılmayıb.
7News.Az








