ABŞ-ın Cənubi Karolina ştatından olan ovçu Ned Maknili öldürdüyü timsahın mədəsindən maraqlı tapıntılar aşkar etdiyini bildirib.
"Daily Star” nəşrinin məlumatına görə, vəhşi heyvanın mədəsindən 24 ildən çox itkin düşmüş itlərin xaltasının qalıqları çıxıb. İtlərin digər bir ovçuya məxsus olduğu müəyyənləşdirilib.
Ekspertlər öldürülmüş timsahın 50-70 yaşlarında olduğunu təsdiq ediblər.








