RU
TÜKÜRPƏDİCİ HADİSƏ : Elgizi ölü bilib, ÜSTÜNÜ ÖRTDÜLƏR - VİDEO
17:20
599

TÜKÜRPƏDİCİ HADİSƏ : Elgizi ölü bilib, ÜSTÜNÜ ÖRTDÜLƏR - VİDEO

ARB kanalında yayımlanan "Onun sirri" verilişində maraqlı anlar yaşanıb.

7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan tanınmış aparıcı Elgiz Əkbər uşaqlıq xatirələrindən danışıb:

 

"Uşaq vaxtı nənəmgilə getmişdim. Nənəm məni özü ilə bacısıgilə aparmışdı. Onların evlərinin yaxınlığındakı göldə çimmişdim. Bir neçə gün sonra isə bərk xəstələndim. Sən demə kimsə həmin gölə kanalizasiya suyu axıdırmış.

Vəziyyətim günü-gündən daha da pisləşirdi. Həkimlər belə xəstəliyimə əlac tapa bilmirdi. Xəstəxanada artıq məni ölü bildiklərinə görə üzümü ağ örpəklə bağlayıb ailəmizə təhvil verməyə aparıblar. Nənəm məni o vəziyyətdə görəndə ağlayaraq məni qucaqlayıb. Həmin vaxt hiss edib ki, mən tərpənirəm. Anidən dirilmişəm".

Verilişdən olan həmin hissəni təqdim edirik:



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ