"Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”.
7NEWS.Az xəbər verir ki, bunu bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter"də yazıb.
O, Türkiyənin İstanbul şəhərində keçirilən TRT Dünya Forumuna dəvət üçün minnətdarlığını bildirib.
Klaar həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə qısa fikir mübadiləsi aparıb.
"Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”, - o vurğulayıb.
7NEWS.Az








