RU
Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb
10:10
192

Tonoyan 5 milyonluq yararsız raketlərin alışına görə saxlanılıb

Xəbər verdiyimiz kimi, Ermənistanın dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan heç yerə getməməsi şərti ilə sərbəst buraxılıb.

"Qafqazinfo”nun "Aysor.am” saytına istinadən məlumatına görə, Tonoyanın saxlanılması ilə bağlı yeni detallar məlum olub.

Belə ki, erməni KİV-də yayılan məlumata görə, David Tonoyan Ermənistanın Müdafiə Nazirliyi tərəfindən 5 milyon dollar dəyərində yararsız raketlərin alınması ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.


Qeyd edək ki, dünən keçmiş müdafiə nazirinin evində güc strukturları tərəfindən axtarış aparılıb. Bunun ardınca isə ona qarşı ittiham irəli sürülərək saxlanılıb.

KİV-in məlumatına görə, növbədə digər sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ