Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsxanada qalacaq.
Bu barədə News.am-a onun vəkili Avetik Karapetyan danışıb.
O bildirib ki, buna səbəb Ermənistan Apellyasiya Məhkəməsinin keçmiş müdafiə nazirinə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd etməsidir.
Vəkil qeyd edib ki, o və Tonoyanın digər vəkilləri məhkəmə qərarı ilə tanış olmayıblar:
"Çox güman ki, qərardan şikayət verəcəyik”./qafqazinfo
7NEWS.Az








