Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO

Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO
Tovuzda içməli su problemi yaranıb.

Sakinlərin Oxu.Az-a göndərdiyi videogörüntüdən aydın olur ki, rayon əhalisinə verilən içməli su istifadəyə yararsızdır.

Belə ki, suyun tərkibində həddindən artıq çirklənmə müşahidə olunur. 

Məsələ barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Regional Su-kanal İdarəsindən Oxu.Az-a bildiriblər ki, Tovuzda güclü sellə əlaqədar Zəyəmçayda daşqın olub:

"Nəticədə, suda lillənmə baş verib. Artıq problem həll edilib, bulanıqlıq standartlara uyğun həddə enib”.


 
 

7News.Az

Xəbər lenti