RU
Tovuzda zəncirvari qəza baş verib-
22:45
179

Tovuzda zəncirvari qəza baş verib-"07" üç avtomobillə toqquşdu - FOTO (ÖZƏL)

Tovuz rayonunda "VAZ 2107" markalı avtomobil 3 avtimobillə toqquşub.
 
7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə,hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Rayon sakini 1995-ci il təvəllüdlü İbrahimov Qismət Amallədin oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobilin idarə etməsini itirib.Nəticədə sürücü avtomobili öncə işıq dirəyinə çırpıb, daha sonra isə yol kənarında dayanan iki "VAZ2107" və "VAZ 2106" markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən hər üç avtomobil boş olub.Qəzanı törədən sürücü isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün çənə sümüyünün sındığı ehtimal olunur.Faktla bağlı araşdırma başlanılıb.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 
Нет описания.
 
 
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ