Toydan 3 ay sonra uşaq dünyaya gətirən Günay ərinin evli olduğunu canlı efirdə öyrəndi - ŞOK

Toydan 3 ay sonra uşaq dünyaya gətirən Günay ərinin evli olduğunu canlı efirdə öyrəndi - ŞOK
Xəbər verdiyimiz kimi, Azərbaycanda Günay adlı qadın ailə qurduqdan 3 ay sonra uşaq dünyaya gətirib. O qeyd edib ki, anası onu 4 yaşında olanda atasına verib: "Mənə ögey anam baxıb. O, mənə öz anamdan yaxın olub. Mənim birinci ailəm də uğursuz olub. Mən anamın yanına gələndə Sumqayıtda Vüqarla tanış oldum. Atamın vəziyyəti pis olduğuna görə Ukraynaya geri qayıtdım. Vüqar da arxamca gəldi. Biz Ukraynada rəsmi nikaha girdik. 3 ay Ukraynada yaşayandan sonra borclarım var deyib Azərbaycana qayıtdım. Vüqar gedəndən sonra qızım Diana dünyaya gəlib". 

7News.Az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan və uşağı Ukraynada qalan Günayla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Belə ki, Günayın Sumqayıtda tanış olub Ukraynada ailə qurduğu Vüqarın ailəli və 2 övladı ortaya çıxıb.

Günay bildirib ki, Vüqarla yolda tanış olub: "Anam Vüqarın evli olduğunu hiss etmişdi. Vüqar mənə deyirdi ki, xəstəxanada işləyir. Gecələr xəstəxanada növbətçi olub". 

Vüqarın həyat yoldaşı Samirə canlı yayıma gəlib. 

Samirə bildirib ki, həyat yoldaşımla münasibətini öyrənəndə sonra Günayı tanımışam:

"Mənə yalan dedi ki, 3 günlük Moskvaya gedir. Amma öyrəndim ki, o Ukraynaya gedib. Mən 1 həftədən sonra öyrəndim ki, Vüqar Ukraynadadır. Onların yazışmasını "Facebook"da gördüm. Mən Günayı ondan soruşanda o mənə dedi ki, yolda xəyala dalanda Günayı görüb. Mən uşaqlarıma görə Vüqarı bağışladım". 

Daha sonra Vüqarın rəsmi nikahı ola-ola ikinci dəfə Günayla Ukraynada ailə qurduğu ortaya çıxıb. 

Samirə bildirib ki, necə ola bilər ki, onun rəsmi nikahı ola-ola Ukraynada ikinci dəfə nikaha girə bilir: "Məncə, sənədlər saxtadır. Birinci gün Vüqar burada olub açıqlama verməlidir". 

7News.Az

Xəbər lenti