RU
Toyundan sonra itkin düşən azərbaycanlı gəlinin meyiti tapıldı
17:36
2082

Toyundan sonra itkin düşən azərbaycanlı gəlinin meyiti tapıldı

Qətldə onun həyat yoldaşı şübhəli bilinir.

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan Gülnar Vəliyevanın meyiti şəhərin Petrodvoretsk rayonunda meşədə tapılıb.

Bu barədə 7News.Az “Life” saytına istinadən xəbər verir.

Xatırladaq ki, bu il aprelin 15-də toyu olan Gülnar Vəliyeva həmin hadisədən bir həftə sonra - aprelin 22-də itkin düşmüşdü.

Həmin zaman Gülnarın əri Samir Həbibov onun evdən çıxaraq rəfiqələri ilə həkimə getdiyini bildirmişdi.

“Hətta bir dəfə ağzından qaçırdı ki, “bu vərəqələri yaymaq ümumiyyətlə nəyə lazımdır ki?” Evdə Gülnarənin hər iki pasportu tapılıb – həm rus, həm də xarici”, - deyə, həmin günlərdə Gülnarın rəfiqələri danışmışdılar.

Polislərin apardığı təhqiqatların nəticəsi olaraq, mayın 26-da Gülnarın həyat yoldaşı Samir saxlanılıb.

Saxlanıldıqdan sonra verdiyi ifadələrə əsasən, Həbibov Gülnarı ehtiyatsızlıqdan öldürüb.

Samir 2016-cı ilin aprel ayının 22-də Sankt-Peterburqda Marşal Jukov prospektində yerləşən mənzildə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir.

“2016-cı ilin mayın 26-da Petrodvoretsk meşə massivində şübhəli bilinən şəxsin iştirakı ilə aparılan istintaq əməliyyatları nəticəsində itkin düşmüş şəxsin meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi-məhkəmə ekspertizası təyin edilib”, - İstintaq Komitəsinin Sankt-Peterburq üzrə mətbuat xidmətindən bildiriblər.

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ