RU
TQDK-da Apellyasiya Komissiyası yaradılıb
11:02
1039

TQDK-da Apellyasiya Komissiyası yaradılıb

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirdiyi qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması məqsədilə Apellyasiya Komissiyası yaradıb.

TQDK-dan verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına bu gün saat 10‑00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ