RU
Tramp: “ABŞ-ın bu siyasəti Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq”
17:40
470

Tramp: “ABŞ-ın bu siyasəti Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq”

ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı siyasəti III Dünya Müharibəsinə qədər uzana bilər. 

Bunu sabiq prezident Donald Tramp Neşvil şəhərində (Tennessi ştatı) tərəfdarları qarşısında çıxışı zamanı deyib. 

"Ola bilsin ki, bu, bizim etdiklərimizə görə Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Biz  40 mlrd dollar verdik və 16 milyard dollar da əlavə etdik, cəmi 56 milyard dollar”- Tramp qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ-ın müttəfiqləri Ukraynanı dəstəkləyir, lakin onlar bizim verdiyimizin yalnız kiçik bir hissəsini verdilər. "Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi”- o qeyd edib.

Onun fikrincə, Ukrayna münaqişəsi sövdələşmə ilə yekunlaşmalıdır və ABŞ-ın Kiyevə köçürdüyü milyonlar  heç də təyinatı üzrə getmir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, prezident Co Bayden vəzifəyə gəldikdən sonra onun administrasiyası Kiyevə 6,3 milyard dollar, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan isə 5,6 milyard dollar hərbi yardım ayırıb.

Bu dəstəyə 1400-dən çox "Stinger”, 6500-dən çox "Javelin” və 20000-dən çox tank əleyhinə sistemlər, həmçinin 700-dən çox "Switchblade” pilotsuz uçuş aparatı, 126 155 mm-lik haubitsa və 260000 mərmi daxildir. Bura eyni zamanda  20 Mi-17 helikopteriləri,  200 M113 zirehli transportyorları və digər silah növləri də daxildir./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ