ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Əfqanıstanda Amerika əsgərlərinin çıxarılması deyil, kapitulyasiyası baş verib.
O, bunu Alabama ştatında tərəfdarları ilə görüşdə deyib.
"Biz ordumuzun düşmənə necə təslim olduğunu görürük”, - deyə Tramp bildirib.
Sabiq prezident hazırkı administrasiyanın Əfqanıstanda 83 milyard dollarlıq avadanlıq, hərbi baza və bahalı səfirlik binası qoyduğunu açıqlayıb: "Əfqanıstan cəhənnəmə getdiyi ərəfədə Bayden məzuniyyətə yollandı”.
O, Əfqanıstandakı vəziyyəti "ABŞ tarixində ən böyük hərbi təhqir” adlandırıb: "Milli liderin dəhşətli səriştəsizliyi. Heç bir ölkədə görünməmiş bir şey… Ordunu heç vaxt əvvəlcədən çıxarmazlar, ordu axırda çıxar”./apa
7NEWS.Az








