RU
Tramp:
12:15
424

Tramp: "ABŞ Suriyada təhlükəsizlik zonalarını Fars Körfəzi ölkələrinin hesabına yaradacaq"

ABŞ Qərbə qaçqın axınına son qoymaq üçün Suriyada təhlükəsizlik zonalarını yaradacaq.

7news.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində mitinqdə çoxsaylı tərəfdarları qarşısında deyib.

Tramp bildirib: "Mən Suriya və digər yerlərdə təhlükəsizlik zonaları yaratmaq istəyirəm ki, onlar (yəni yerli əhali) orada qala və təhlükəsizlik şəraitdə yaşaya bilsinlər".

Tramp təhlükəsizlik zonaların yaradılacağını vurğulayaraq qeyd edib: "Biz elə edəcəyik ki, Fars Körfəzi ölkələri bu zonaların yaradılmasının xərclərini qarşılayacaqlar".
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ