RU
`Tramp ABŞ üçün təhlükədir`
12:05
1480

`Tramp ABŞ üçün təhlükədir`

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton hesab edir ki, milyarder Donald Trampın siyasi baxışları və özü ABŞ üçün təhlükədir.

Bu barədə 7News.Az “NBC News”-a istinadən xəbər verir. 

“Fikrimcə, onun fikirləri və ümumilikdə namizədliyi bizim ölkə üçün təhlükə yaradır”, - deyə, Klinton qeyd edib. 

Bundan əlavə, Klinton vurğulayıb ki, o, özünü Demokratlar partiyasından faktiki namizədi hesab edir və ona görə də prezident yarışında Trampla mübarizəyə bütün diqqətini yönəltməyə hazırdır: “O, normal namizəd deyil. O, bizim ən yaxın müttəfiqimiz – Böyük Britaniyaya qarşı çıxır, Şimali Koreyadan olan diktatoru mədh edir, NATO-dan çıxmağımızı istəyir, digər ölkələrə nüvə silahı əldə etməyə imkan verəcəyini bildirir və s”. 

Sabiq dövlət katibi bütün bunların birbaşa təhlükə xarakteri olduğunu bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ