RU
Tramp dediyini edəcək — Meksika sərhəddində divarın planlaşdırılmasına başlanılır
23:49
329

Tramp dediyini edəcək — Meksika sərhəddində divarın planlaşdırılmasına başlanılır

ABŞ höküməti Meksika ilə sərhəddə divarın planlaşdırılmasına bu həftə başlayacaq.

Amerikanın daxili təhlükəsizlik məsələləri üzrə naziri Con Kelli işlərə bu həftənin sonuna yaxın start veriləcəyinio bildirib. Onunsözlərinə görə, artıq bu istiqamətdə işçi qrupu müəyyənləşib.

"Mövcüd qanunveriliciyə uyğun olaraq divarın lahiyələndirilməsi, planlaşdırılması və tikintisi ilə bağlı tədbirlərə başlanılır. Bu istiqamətdə artıq işçi qrupu da müəyyən edilib", - deyə Con Kelli  bildirib.

Xatırladaq ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb. ABŞ-la Meksika sərhəddində divarın tikintisi 12-15 mlrd. dollara başa gələcək. Tramp istəyir ki, tikinti zamanı çəkilən xərclər Meksika dövlətinin büdcəsi hesabına ödənilsin. Meksika prezidenti Enrike Penya Nyeto isə bildirib ki, divaırn tikintisinə çəkilən xərclərə Meksika dövləti pul ayırmayacaq. 

Tramp isə həmin vəsaiti çıxartmaq üçün Meksikadan ABŞ-a gələn mallara 20 faiz əlavə vergi qoyacaq. Bu qərar həm də Amerika vətəndaşlarını da narahat edib. Çünki Meksikadan Amerika mal gətirən həmin insanlara da problem yaranacaq.

Trampın bu addımı həm Meksikada, həm Amerikanın özündə, həm də digər dövlətlərdə etirazlara səbəb olub./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ