RU
Tramp məhkəməyə qarşı - “Bu, gülüncdür və ləğv olunacaq”
22:51
309

Tramp məhkəməyə qarşı - “Bu, gülüncdür və ləğv olunacaq”

Xəbər verdiyimiz kimi, Boston Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın miqrasiya məsələri üzrə fərmanının icrasını 1 həftəlik dayandırıb.

Tramp Tvitter mikrobloqunda məhkəmənin qərarını şərh edərək bunun çox gülünc olduğunu bildirib.

"Ölkəmizdə məhkəmə tərəfindən qanunun aliliyinin belə qərarla pozulması həqiqətən də gülüncdür və bu, ləğv olunacaq”, - deyə ABŞ-ın 45-ci rəhbəri söyləyib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb. Onun bu fərmanı ölkədə kütləvi etirazlara səbəb olub./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ