Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da təhsil müəssisələrinə artan hücumlarla əlaqədar müəllimlər dərs zamanı silahlı olmalıdır.
Bu barədə 7News.Az `Sputnik`-ə istinadən xəbər verir.
“Mən siniflərdə silahın olmasını istəmirəm, lakin bəzi hallarda müəllimlərin silahı olmalıdır. Düzünü desək, bizim məktəblərdə baş verənlər sadəcə inanılmazdır”, - deyə Tramp bildirib.
ABŞ Milli Atıcılıq Assosiasiyası (NRA) Trampın məktəb və hərbi bazaları azad silah daşımağın qadağan olunmayan ərazilərdən köçürülməsi barədə təklifini də dəstəkləyib.








