RU
Tramp prezidentliyinə ən böyük təhlükəni açıqladı
13:30
316

Tramp prezidentliyinə ən böyük təhlükəni açıqladı

ABŞ prezidenti Donald Trampın siyasətinə ən böyük təhlükə xüsusi prokuror Robert Müllerin 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırması deyil, Federal Ehtiyatlar Sistemidir. 

7News.Az xəbər verir ki, bununla bağlı ABŞ prezidenti "Fox Business”ə müsahibəsində deyib. 

"Mənim üçün ən böyük təhlükə FES-dir. Çünki o, tez-tez payları qaldırır və çox müstəqildir”, - Tramp bildirib.

O əlavə edib ki, tənzimləyici siyasətə müdaxilə etmir. 

Bununla yanaşı, prezident bəyan edib ki, FES-in siyasətindən narazıdır, ancaq tənzimləyici postlara təyin etdiyi rəhbər şəxslərdən razıdır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ