RU
Tramp Putini Vaşinqtona dəvət etdi
17:21
458

Tramp Putini Vaşinqtona dəvət etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini 2019-cu ilin əvvəlində Vaşinqtona dəvət edib. 

7News.Az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton dəvət məktubunu Moskvada Putinə təqdim edib. 

"Mənə elə gəlir ki, Rusiya ilə münasibətlərdə irəliləyiş hər iki tərəfin birbaşa milli maraqları olduğu zaman ortaya çıxır. Bəzən biz razılaşmaya gələ bilmirik. Digər hallarda isə, bəzi məsələlərin müzakirəsində razılaşırıq”, - Trampın müşaviri bildirib. 

Moskvadakı görüş zamanı Bolton və Putin razılaşıb ki, ABŞ və Rusiya prezidentləri oktyabrın 11-də Parisdə görüşəcək. Həmin vaxt Fransanın paytaxtında Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi qeyd ediləcək. 

Kreml Putinin Vaşinqtona səfərini hələlik şərh etməyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ