RU
Tramp Putinlə görüşdən razı qaldığını açıqlayıb
15:20
468

Tramp Putinlə görüşdən razı qaldığını açıqlayıb

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.

 

APA-nın məlumatına görə, bu barədə "France-Presse” Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.

 

Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.

 

Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ