RU
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
10:00
27

Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelində keçirilən qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb.

Bununla bağlı "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Atıcı saxlanılıb və mən şounun davam etməsinə icazə verilməsini tövsiyə etmişəm, amma hüquq-mühafizə orqanlarının göstərişlərinə tam əməl edəcəyəm. Onlar tezliklə qərar verəcəklər", - Amerika lideri yazıb.

"Qərardan asılı olmayaraq, mərasim planlaşdırıldığı kimi getməyəcək və biz sadəcə bunu yenə etməli olacağıq", - o, ABŞ-nin Məxfi Xidmətinin və hüquq-mühafizə orqanlarının "fantastik işini" tərifləyərək əlavə edib.

Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
 
 Tramp hadisədən sonra keçirilən mətbuat konfransında şəxsin üzərində bir neçə silah olduğunu bildirib:

"Kişi təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ-nin Məxfi Xidmətinin cəsur üzvləri tərəfindən tutulub, onlar çox cəld hərəkət ediblər", - Tramp bildirib.

Onun sözlərinə görə, Məxfi Xidmətin zabitlərindən biri odlu silahdan açılan atəşlə xəsarət alıb, lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb.

"O, çox yaxın məsafədən çox güclü silahla vurulub, lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım və o, özünü yaxşı hiss edir", - ABŞ lideri qeyd edib.

Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ